Toxunma Qız Ürəyinə

Famil Mehdi, Oqtay Rəcəbov

[Bənd 1]
Toxunma qız ürəyinə
Tez kövrəlib sına bilər
Bəzən soyuq bir baxışdan
Qız ürəyi dona bilər

Qız ürəyi quş yuvası
Əl vursan, quşlar hürküşər
Pozular göydə sırası
Durnalar da ayrı düşər

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

[Bənd 2]
Toxunma qız ürəyinə
Eşidər qızlar, inciyər
Yerdə bulaqlar inciyər
Göydə ulduzlar inciyər

Küsdürmə qız ürəyini
Küsər səndən öz ürəyin
Günahından, taqsırından
Heç zaman keçməz ürəyin

[Nəqərat]
Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Sındırma qız ürəyini
Ana qəlbinə qar yağar
Duysan arzu-diləyimi
Ana qəlbinə gün doğar

Curiosidades sobre la música Toxunma Qız Ürəyinə del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Toxunma Qız Ürəyinə” por Şövkət Ələkbərova?
La canción Toxunma Qız Ürəyinə fue lanzada en 2022, en el álbum “İfalar, Vol.2”.
¿Quién compuso la canción “Toxunma Qız Ürəyinə” de Şövkət Ələkbərova?
La canción “Toxunma Qız Ürəyinə” de Şövkət Ələkbərova fue compuesta por Famil Mehdi, Oqtay Rəcəbov.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de