Sarı Gül

Hüseyn Cavid, Şəfiqə Axundova

[Bənd 1]
Sarı gül, sarı gül, ey şikəstə, solğun nur
Sarı gül, sarı gül, ey şikəstə, solğun nur
Neçin aludeyi-xəyal oldun?
Neçin aludeyi-xəyal oldun?

Çeşmi-nazində başqa rəmz oxunur
Söylə, bir söylə, sən niçin soldun?
Söylə, bir söylə, sən niçin soldun?
Söylə, bir söylə, sən niçin soldun?

[Nəqərat]
Düşünüb durma böylə incə, dərin
İncəlik, dərinlik, ya dərinlik afətdir
Nerdə əvvəlki dadlı cilvələrin?
Bu nə halət, bu nə halət, necə qiyafətdir?

Ah... bilməm nə sehr var səndə
Könül ancaq səninlə nəşə bulur
Sən mələksən, sən mələksən, təvərrüm etsən də
Yenə ruhum sənin əsirin olur
Yenə ruhum sənin əsirin olur

[Bənd 2]
Mən dilərdim ki, mən dilərdim ki, cümlə züvvarın
Mən dilərdim ki, mən dilərdim ki, cümlə züvvarın
Sənə həmşireyi-səfa deyələr
Sənə həmşireyi-səfa deyələr

Neçin ağlar nigahi-bimarın?
Səni qoynunda bəsləmişmi kədər?
Səni qoynunda bəsləmişmi kədər?
Səni qoynunda bəsləmişmi kədər?

[Nəqərat]
Düşünüb durma böylə incə, dərin
İncəlik, dərinlik, ya dərinlik afətdir
Harda əvvəlki dadlı cilvələrin?
Bu nə halət, bu nə halət, necə qiyafətdir?

Ah... bilməm nə sehr var səndə
Könül ancaq səninlə nəşə bulur
Sən mələksən, sən mələksən, təvərrüm etsən də
Yenə ruhum sənin əsirin olur
Yenə ruhum sənin əsirin olur

Curiosidades sobre la música Sarı Gül del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Sarı Gül” por Şövkət Ələkbərova?
La canción Sarı Gül fue lanzada en 2022, en el álbum “İfalar, Vol. 1”.
¿Quién compuso la canción “Sarı Gül” de Şövkət Ələkbərova?
La canción “Sarı Gül” de Şövkət Ələkbərova fue compuesta por Hüseyn Cavid, Şəfiqə Axundova.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de