Bir Xumar Baxışla

Fikrət Qoca, Ramiz Mirişli

[Bənd 1]
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Üfüqlər tutulsa, gülərsən – göy gülər!
Qəzəblə qışqırsan – ulduzlar tökülər
Bir xumar baxışla səadət bağışla
Bir xumar baxışla səadət bağışla

[Nəqərat]
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə

Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə

Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!

[Bənd 2]
Kənara baxırsan, gözümdə od yanır
Kənara baxırsan, gözümdə od yanır
Üzümə baxırsan, ürəyim talanır
Bu aləm başıma dolanır, dolanır
Bir xumar baxışla bir aləm bağışla
Bir xumar baxışla səadət bağışla

[Nəqərat]
Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə

Yenə gəldin sən
Baxıb güldün sən
Bahar gəldi, güllər açdı!
Çaylar daşdı, nəğmə qoşdu
Çaylar daşdı, nəğmə qoşdu sənə

Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Çiçəklər açmasa, gələrsən – yaz gələr!
Gələrsən – yaz gələr!

Curiosidades sobre la música Bir Xumar Baxışla del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Bir Xumar Baxışla” por Şövkət Ələkbərova?
La canción Bir Xumar Baxışla fue lanzada en 2022, en el álbum “İfalar, Vol. 1”.
¿Quién compuso la canción “Bir Xumar Baxışla” de Şövkət Ələkbərova?
La canción “Bir Xumar Baxışla” de Şövkət Ələkbərova fue compuesta por Fikrət Qoca, Ramiz Mirişli.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de