Sənin Üçün

Nəbi Xəzri, Emin Sabitoğlu

[Bənd 1]
Qarlı bir zirvə olsan
Ağ buludun olaram
Dərin xəyala dalsan
Mən sükutun olaram

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

[Bənd 2]
Qovmuşam dərdi, qəmi
Xoşbəxtin ilki mənəm
Səslənsən nəğmə kimi
Sözlərin bil ki, mənəm

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

[Bənd 3]
Məni susdursa zaman
Səni özüm sanaram
Səhər kimi oyansan
Günəş kimi yanaram

[Nəqərat]
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm
Çəmən olsan, əgər sən
Sərin yağış çilərəm

Əgər dənizə dönsən
Sahilə çevrilərəm
Əgər dənizə dönsən
Sahilə çevrilərəm

Curiosidades sobre la música Sənin Üçün del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Sənin Üçün” por Şövkət Ələkbərova?
La canción Sənin Üçün fue lanzada en 2022, en el álbum “İfalar, Vol.2”.
¿Quién compuso la canción “Sənin Üçün” de Şövkət Ələkbərova?
La canción “Sənin Üçün” de Şövkət Ələkbərova fue compuesta por Nəbi Xəzri, Emin Sabitoğlu.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de