Şən Azərbaycan

Polad Bülbüloğlu, Məstan Günər

[Bənd 1]
Qoy mən yenə söhbət açım ilk baharımdan
Nəğməm ilə bir də keçim öz diyarımdan

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 2]

El qızları düzüm-düzüm Kür qırağında
Min gül açır Gəncəmizin hər budağında
Dost elləri Qarabağın dağ vüqarlıdır
Gen çölləri bu torpağın xoş baharlıdır

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!

[Bənd 3]

Hər damlası layla çalan göy Xəzərin var
Hər ulduzu nəğmə olan min şəhərin var
Keçdim yenə çiçək-çiçək hər mahalından
Öz yurdumun doymaz ürək yüz vüsalından

[Nəqarət]
Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü
Gəl-gəl deyir şən Azərbaycan
Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır
Hər yanı gülşən Azərbaycan!
Hər yanı gülşən Azərbaycan!

Curiosidades sobre la música Şən Azərbaycan del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Şən Azərbaycan” por Şövkət Ələkbərova?
La canción Şən Azərbaycan fue lanzada en 2022, en el álbum “İfalar, Vol. 6”.
¿Quién compuso la canción “Şən Azərbaycan” de Şövkət Ələkbərova?
La canción “Şən Azərbaycan” de Şövkət Ələkbərova fue compuesta por Polad Bülbüloğlu, Məstan Günər.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de