Oxu, Tar

Mikayıl Müşfiq, Ramiz Mirişli

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

[Bənd 1: İslam Rzayev]
Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Zilin var, vəsətin, bəmin var
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var

Səni də avara eyləmiş
Dağınıq telli bir zərəfşan
Onunçün segahın danışır
Pərişan, pərişan

O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?

[Nəqərat: Şövkət Ələkbərova]
Oxu, tar, oxu, tar
Səsindən ən lətif şeirlər dinləyim
Oxu, tar, bir qədər
Nəğməni su kimi alışan ruhuma çiləyim

Oxu, tar
Səni kim unudar?

Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti
Ey geniş kütlənin şirini, şərbəti
Alovlu sənəti

Curiosidades sobre la música Oxu, Tar del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Oxu, Tar” por Şövkət Ələkbərova?
La canción Oxu, Tar fue lanzada en 2022, en el álbum “İfalar, Vol. 3”.
¿Quién compuso la canción “Oxu, Tar” de Şövkət Ələkbərova?
La canción “Oxu, Tar” de Şövkət Ələkbərova fue compuesta por Mikayıl Müşfiq, Ramiz Mirişli.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de