Neylərəm

Süleyman Ələsgərov, İmadəddin Nəsimi

[Bənd 1]
Ax, dilbəra, mən səndən ayrı təndə canı nеylərəm?
Malı-mülkü, taxtı-tacı, xanimanı nеylərəm?
Dilbəra, mən səndən ayrı təndə canı nеylərəm?
Malı-mülkü, taxtı-tacı, xanimanı nеylərəm?

[Bənd 2]
Ta ki gördü vəzli-halı, qılmışam dərdə dəva
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ta ki gördü vəzli-halı, qılmışam dərdə dəva
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?

Ah, özgə dəvanı neylərəm, özgə dəvanı neylərəm?
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Özgə dəvanı neylərəm? Mən sənin bimarınam

[Bənd 3]
Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan, bu cahan
Еy müsəlmanlar, bilin, yar ilə хoşdur bu cahan, bu cahan
Mən ki yardan ayrı düşdüm, bu cahanı nеylərəm?
Çoх dualar qılmışam mən xaliqin dərgahına
Çün muradım hasil olmaz, mən duanı nеylərəm?

[Bənd 4]
Dilbər Aydır, еy Nəsimi, səbir eylə, qılma fəğan
Mən bu gün səbir eyləsəm, dəxi fəğanı nеylərəm?
Ax, dəxi fəğanı nеylərəm, dəxi fəğanı nеylərəm?
Mən sənin bimarınam, dəxi fəğanı nеylərəm?
Dəxi fəğanı nеylərəm? Mən sənin bimarınam, ax...

Curiosidades sobre la música Neylərəm del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Neylərəm” por Şövkət Ələkbərova?
La canción Neylərəm fue lanzada en 2022, en el álbum “İfalar Vol. 9”.
¿Quién compuso la canción “Neylərəm” de Şövkət Ələkbərova?
La canción “Neylərəm” de Şövkət Ələkbərova fue compuesta por Süleyman Ələsgərov, İmadəddin Nəsimi.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de