Məhəbbət

Oqtay Kazımi, Cabir Novruz

[Bənd 1]
O, bu boyda bir cahanı yaradıb, yaradıb
Yeri, göyü, asimanı yaradıb, yaradıb
O, bu boyda bir cahanı yaradıb, yaradıb
Yeri, göyü, asimanı yaradıb, yaradıb

İnsan onu, o, insanı yaradıb, yaradıb
Bu həyatın əlifbası məhəbbət, məhəbbət
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət, məhəbbət
Ah, məhəbbət

İnsan onu, o, insanı yaradıb, yaradıb
Bu həyatın əlifbası məhəbbət, məhəbbət
Ən ilk nəğmə, ən ilk yazı məhəbbət, məhəbbət
Ah, məhəbbət

[Bənd 2]
Hər ömürdə bir ulduza dönər o, dönər o
Gah şimşəktək birdən çaxıb sönər o, sönər o
Hər ömürdə bir ulduza dönər o, dönər o
Gah şimşəktək birdən çaxıb sönər o, sönər o

Gizli gələr, fəqət aşkar dinər o, dinər o
Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
Həm var olan, həm yox olan məhəbbət, məhəbbət
Ah, məhəbbət

Gizli gələr, fəqət aşkar dinər o, dinər o
Canda nəfəs, damarda qan məhəbbət, məhəbbət
Həm var olan, həm yox olan məhəbbət, məhəbbət
Ah, məhəbbət

[Bənd 3]
O dəryadır kükrəyəndə, daşanda, daşanda
O gövhərdir üzüklərin qaşında, qaşında
O dəryadır kükrəyəndə, daşanda, daşanda
O gövhərdir üzüklərin qaşında, qaşında

O sevdadır, hey dolanır başımda, başımda
Gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət

O sevdadır, hey dolanır başımda, başımda
Gah ağıllı, gah divanə məhəbbət, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah məhəbbət

Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət
Ah, məhəbbət

Curiosidades sobre la música Məhəbbət del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Məhəbbət” por Şövkət Ələkbərova?
La canción Məhəbbət fue lanzada en 2022, en el álbum “İfalar Vol. 9”.
¿Quién compuso la canción “Məhəbbət” de Şövkət Ələkbərova?
La canción “Məhəbbət” de Şövkət Ələkbərova fue compuesta por Oqtay Kazımi, Cabir Novruz.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de