Gələrəm
[Bənd 1]
Mən səni görməyə kəndə canana
Bahar xoş ətrini saçanda gəlləm
Təzə bar düşəndə bağa-bostana
Lalələr, nərgizlər açanda gəlləm
[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm
[Bənd 2]
Bürünsün dağların döşü zanbağa
Sürülər baş alıb yönəlsin dağa
Çobanlar baxmayıb şaxta-sazağa
Bu yurddan o yurda köçəndə gəlləm
[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm
[Bənd 3]
Yolumu kəsməyib nə çovğun, nə qar
Kəsibdir dil açan, dinən arzular
Önündə imtahan, qüssəli dağlar
Qalxıb zirvəsindən aşanda gəlləm
[Nəqərat]
Süzülsün çaylara
Dağların qarı
Gözəldir seyr etmək
Coşan suları
Çiçəkdən kəpənək
Pətəkdən arı
Qalxıb güldən-gülə
Uçanda gəlləm