Ellərə Bahar Gəlib (2-ci Versiya)

Mehriban Əhmədova, Fikrət Qoca

[Bənd 1]
Çöllərə güllər yağıbdır, çöllərə güllər
Güllərə quşlar baxıbdır, quşlara güllər
Çöllərə güllər yaraşır, güllərə çöllər
Əllərə güllər yaraşır, güllərə əllər

[Keçid]
Bahardır, çaylar daşır
Nəğmələr qoşur
Bahardır, çaylar daşır
Nəğmələr qoşur

Yarpaqlar pıçıldaşır
Nəğmələr qoşur
Nəğmələr qoşur
Nəğmələr qoşur

[Nəqərat]
Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib çöllər

[Bənd 2]
Çöllərə qızlar çıxıbdır, nəğməli qızlar
Qızlara gözlər baxıbdır, sevimli gözlər
Bahara biz yaraşırıq, bahar bizlərə
Həmişə bahar yaraşır, gülər üzlərə

[Keçid]
Bahardır, çaylar daşır
Nəğmələr qoşur
Aman, Aman...
Yar... Yar...
Bahardır, çaylar daşır
Nəğmələr qoşur

Yarpaqlar pıçıldaşır
Nəğmələr qoşur
Nəğmələr qoşur
Nəğmələr qoşur

[Nəqərat]
Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib ellər

Ellərə bahar gəlibdir
Laləli bahar
Çöllərə günəş gülübdür
Bəzənib çöllər
Bəzənib çöllər...

Curiosidades sobre la música Ellərə Bahar Gəlib (2-ci Versiya) del Şövkət Ələkbərova

¿En qué álbumes fue lanzada la canción “Ellərə Bahar Gəlib (2-ci Versiya)” por Şövkət Ələkbərova?
Şövkət Ələkbərova lanzó la canción en los álbumes “İfalar Vol. 7” en 2022 y “İfalar, Vol. 1” en 2022.
¿Quién compuso la canción “Ellərə Bahar Gəlib (2-ci Versiya)” de Şövkət Ələkbərova?
La canción “Ellərə Bahar Gəlib (2-ci Versiya)” de Şövkət Ələkbərova fue compuesta por Mehriban Əhmədova, Fikrət Qoca.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de