Bakı Gecələri

Ələkbər Tağıyev, Ələkbər Ziyatay

[Bənd 1]
Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər
Yollarını nurla bəzər
Bizim Bakı gecələri
Yollarını nurla bəzər
Bizim Bakı gecələri

Əsər külək sərin-sərin
Əsər külək sərin-sərin
Qucağından göy Xəzərin
Gözəlidir gecələrin
Bizim Bakı gecələri
Gözəlidir gecələrin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

[Bənd 2]
Xoş ətirli yaza bənzər
Yüz nəğməli saza bənzər
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri
Qara gözlü qıza bənzər
Bizim Bakı gecələri

Söhbətini şirin-şirin
Söhbətini şirin-şirin
Dinlər qoşa gəzənlərin
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri
Sirdaşıdır gözəllərin
Bizim Bakı gecələri

[Nəqərat]
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır
Bəzən sakit həyatlıdır
Bəzən toylu-büsatlıdır

Göy göyərçin qanadlıdır
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Bizim Bakı gecələri
Gecələri, gecələri…

Curiosidades sobre la música Bakı Gecələri del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Bakı Gecələri” por Şövkət Ələkbərova?
La canción Bakı Gecələri fue lanzada en 2022, en el álbum “İfalar, Vol. 5”.
¿Quién compuso la canción “Bakı Gecələri” de Şövkət Ələkbərova?
La canción “Bakı Gecələri” de Şövkət Ələkbərova fue compuesta por Ələkbər Tağıyev, Ələkbər Ziyatay.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de