Bahar Sənsiz

Rauf Hacıyev, Ənvər Əlibəyli

[Bənd 1]
Səni qəlbimdə gəzdirib hər an
Eşqimiz görməsin, dedim, hicran
Ala gözlü, mənimkisən, bildin?
Sənin eşqinlə, ay aman, ağladım-güldüm
Ağladım-güldüm

[Nəqərat]
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yarım, sənsiz
Gülüm, sənsiz

[Bənd 2]
Dönmərəm heç sözümdən, ey canan
Getmə bir an gözümdən, ey canan
Səndən ilham alır mənim könlüm
Məni səndən ayırmaz, inan ki, ölüm
İnan ki, ölüm

[Nəqərat]
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz, gülüm, bahar sənsiz
Ürəyim od tutub yanar, yarım, sənsiz
Ürəyim od tutub yanar, gülüm, sənsiz
Canan, sənsiz

Curiosidades sobre la música Bahar Sənsiz del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Bahar Sənsiz” por Şövkət Ələkbərova?
La canción Bahar Sənsiz fue lanzada en 1959, en el álbum “Bahar Sənsiz”.
¿Quién compuso la canción “Bahar Sənsiz” de Şövkət Ələkbərova?
La canción “Bahar Sənsiz” de Şövkət Ələkbərova fue compuesta por Rauf Hacıyev, Ənvər Əlibəyli.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de