Ana Yurdum

Cahangir Cahangirov, Zeynal Cabbarzadə

[Bənd 1]
Uzun-uzun yollarda
Gəldik, keçdik karvanı
Xəyalımdan getməyir
Doğma Azərbaycanım
Xəyalımdan getməyir
Doğma Azərbaycanım

[Nəqərat]
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım

[Bənd 2]
Nil axdı, Araz dedim
‘'Kürümdən olmaz’'- dedim
Dərin ümmanlar üzdüm
‘'Xəzərdən dayaz’' - dedim
Dərin ümmanlar üzdüm
‘'Xəzərdən dayaz'' - dedim

[Nəqərat]
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım

[Bənd 3]
Quş uçar budağında
Can gedər otağından
Könül dönməz, göz doymaz
Öz ana torpağından
Könül dönməz, göz doymaz
Öz ana torpağından

[Nəqərat]
Ana yurdum, ana yurdum
Haraya uçub getsəm, bil
Sən mənimsən, ana yurdum
Ana yurdum, ay anam Azərbaycanım

Curiosidades sobre la música Ana Yurdum del Şövkət Ələkbərova

¿Cuándo fue lanzada la canción “Ana Yurdum” por Şövkət Ələkbərova?
La canción Ana Yurdum fue lanzada en 2022, en el álbum “İfalar Vol. 7”.
¿Quién compuso la canción “Ana Yurdum” de Şövkət Ələkbərova?
La canción “Ana Yurdum” de Şövkət Ələkbərova fue compuesta por Cahangir Cahangirov, Zeynal Cabbarzadə.

Músicas más populares de Şövkət Ələkbərova

Otros artistas de