Nirvana

Miri Yusif

[Bənd 1]
Mənsizlər mənsizləyir mənsiz
Mahnılar qalmaz heç kimsəsiz
Gələnlər gedirlər gərəksiz
Uçanlar da uçurlar fərsiz

Cansızlar, yazıqlar simasız
Hətta vicdanları qidasız
Zəiflər döyülür səbəbsiz
Qədərsiz dünya bərəkətsiz

Bu sirlər soruşur güzgüdən
Allahsız soruşur güzgüdən
Kim burada əksinə düzgünə?
Alçaqlar inanır bir günə

[Keçid]
Körpələr qocalır yüz günə
Ümid var, güvənir pis günə
Heykəllər insan üçün nümunə
Oralar zəngçatmaz abunə

[Nəqərat]
De, niyə?
Sənsiz qalmışam mən
De, niyə?
Ucadan bir də
De, niyə?
Qocalmış dünyam

Ucadan bir də
De, niyə?
Sənsiz qalmışam mən
De, niyə?
Ucadan bir də
De, niyə?
Qocalmış dünyam

[Bənd 2]
Qapılar heç vaxt bağlı olmaz
Mən getsəm belə, dünya solmaz
İnsanlar yararlı, yaramaz
Yaradan bizi boş yaratmaz

Nəsildən mənə gələn miras
Alışmışam ona mən bir az
Bu ayaz gecələr toxunmaz
Riyakar qorxunu aldatmaz

İndi tək qalmışam özüm də
Özümdə, bir də yad sözümdə
O məhrum yaşlı kor gözümdə
Yada çox qayğısız dözümdə

[Keçid]
Körpələr qocalır yüz günə
Ümid var, güvənir pis günə
Heykəllər insan üçün nümunə
Oralar zəngçatmaz abunə

[Nəqərat]
De, niyə?
Sənsiz qalmışam mən
De, niyə?
Ucadan bir də
De, niyə?
Qocalmış dünyam

Ucadan bir də
De, niyə?
Sənsiz qalmışam mən
De, niyə?
Ucadan bir də
De, niyə?
Qocalmış dünyam

[Çıxış]
Mənsizlər mənsizləyir mənsiz
Sənsizlər sənsizləyir sənsiz
Uçanlar da uçurlar pərsiz
Cansızlar, yazıqlar simasız

Curiosidades sobre la música Nirvana del Miri Yusif

¿Cuándo fue lanzada la canción “Nirvana” por Miri Yusif?
La canción Nirvana fue lanzada en 2011, en el álbum “Nirvana”.

Músicas más populares de Miri Yusif

Otros artistas de