Adınla Bağlı
[Bənd 1]
Alnımın qırışları
Həsrətin naxışları
Kölgədən baxışlarım
Adınla bağlı...
Ömrümün maraqları
Çiynimin günahları
Bu romanın varaqları
Adınla bağlı...
[Nəqərat]
Səmada Günəş deyir: "Bir az da fikirləş''
Səmada bulud deyir: "Sən tez onu unut"
Səmada yağış ağlayır narın-narın
Səmada uçur aşiq quşların qatarı
Səmada uçur aşiq quşların qatarı
[Bənd 2]
Açılmaz qaranlığım
Tikilməz viranlığım
Qeyb olan cavanlığım
Adınla bağlı...
Ən ağır ümidlərim
Bar verməz söyüdlərim
Oğluma öyüdlərim
Adınla bağlı...
[Nəqərat]
Səmada Günəş deyir: "Bir az da fikirləş''
Səmada bulud deyir: "Sən tez onu unut"
Səmada yağış ağlayır narın-narın
Səmada uçur aşiq quşların qatarı
Səmada uçur aşiq quşların qatarı
Səmada Günəş deyir: "Bir az da fikirləş''
Səmada bulud deyir: "Sən tez onu unut"
Səmada yağış ağlayır narın-narın
Səmada uçur aşiq quşların qatarı
Səmada uçur aşiq quşların qatarı