Mən Küləyəm

Miri Yusif

[Bənd 1]
Mən ölsəm, yox olsam
Çinar kimi solaram
Bilsəm ki, xoşbəxtsən
Bəxtəvər olaram

Amma unutma ki, mən qayıdaram
Ötən günlər limanına
Oradan yuxuna qonaq gəlib
Öpüb oyadaram...

[Nəqərat]
Mən küləyəm, mən küləyəm
Məni sınama
Mən özgəyəm, mən özgəyəm
Məni saxlama

Cənnətdən qovulmuş şeytanam
Məni qınama
Mən küləyəm, mən küləyəm
Məni sınama...

[Bənd 2]
Necə qaranlıq, necə sükut var
Bura kölgələr ölkəsi
Bura öz dünyam, bura çox viran
Bura çağırmam hər kəsi

Bəlkə bir gün yenə mən qayıdaram
Ötən günlər limanına
Oradan yuxuna qonaq gəlib
Öpüb oyadaram...

[Nəqərat]
Mən küləyəm, mən küləyəm
Məni sınama
Mən özgəyəm, mən özgəyəm
Məni saxlama

Cənnətdən qovulmuş şeytanam
Məni qınama
Mən küləyəm, mən küləyəm
Məni sınama...

[Çıxış]
Səsimin qəmli notlarısan
Sən bunu anla
Səmalara açılmış qanadımsan
Yadında saxla

Könülsüz, qəmli otağımsan
Günəşim alma
Mən küləyəm, mən küləyəm
Məni qınama...

Curiosidades sobre la música Mən Küləyəm del Miri Yusif

¿Cuándo fue lanzada la canción “Mən Küləyəm” por Miri Yusif?
La canción Mən Küləyəm fue lanzada en 2013, en el álbum “Ağ Qarğa”.

Músicas más populares de Miri Yusif

Otros artistas de