Mən Heçkiməm

Azər Şirin, Miri Yusif

[Bənd 1]
Bu həyatın axarında
Ya çör-çöpəm, ya da çinar
Ya qatarın tüstüsündə uzaq quşam
Ya baharam, ya da qışam

Hamı üçün az, özüm üçün çoxam mən
Çoxam mən, çoxam mən
Bu gün acam, sabah toxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən

[Nəqərat]
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

[Bənd 2]
O isimsiz kölgələrdən
O xəbərsiz bölgələrdən
Bir qartalam, qəlbi lalam
Qışda Günəş, yayda qaram

Ya arı qonan çiçək
Ya da cismini axtaran ruham mən
Bu gün varam, sabah yoxam
Bu gün varam, bu gün varam
Sabah yoxam mən

[Nəqərat]
Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Mən kiməm? Mən heç kiməm
Mən ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm

[Çıxış]
(Mən kiməm? Mən heç kiməm)
(Mən kiməm? Mən heç kiməm)

(Sən tək, sən çarəsiz)
Mən ölüb gedəcəm üç günə, beş günə
(Sən dünyada qayğısız)
Mən ruhi azad, qəlbi köçkünəm

Ölüb gedəcəm üç günə, beş günə
Mən kiməm? Mən heç kiməm
Mən ruhi azad, qəlbi köçkünəm

Curiosidades sobre la música Mən Heçkiməm del Miri Yusif

¿Cuándo fue lanzada la canción “Mən Heçkiməm” por Miri Yusif?
La canción Mən Heçkiməm fue lanzada en 2011, en el álbum “Karvan”.
¿Quién compuso la canción “Mən Heçkiməm” de Miri Yusif?
La canción “Mən Heçkiməm” de Miri Yusif fue compuesta por Azər Şirin, Miri Yusif.

Músicas más populares de Miri Yusif

Otros artistas de