Dua

Nigar Məmmədova, Miri Yusif

[Bənd 1]
Həyat axır öz tərzində
Cismim kölgə fitnəsində
Özümdə axtarıb tapıram mən
Sənin ürək parçaların
Dadlı zəhər ürəyimdə

Kölgəm azıb qaranlıqda
Sirlər qalıb cavanlıqda
Özümdə axtarıb tapıram mən
Sənin ürək açarların
Sevda çayı keçir yanımdan

[Keçid]
Altımda uçurum, ya qaçım, ya vida
Boğazım quruyub, ol mənə bir qida
Ulu Tanrı...

[Nəqərat]
Son yağışlar yağır, qoymaz, duam çatsın göyə
Qoy buludlar dağılmasın, dövran dönsün suya
Bu ümidlər torpağında məhrum olsun yalan
Həyat keçər, illər keçər, ya da uçuş sonsuz, yetər

[Bənd 2]
Gerçək yalan ətrafında
İlan yuva salıb canımda
Özümdə axtarıb tapıram mən
Sənin kövrək qanadların
Dostlar illər sorağında

Göndər məni o dünyaya
Harada sevgi var dərində
Özümdə axtarıb tapıram mən
Məni sən itirən məni
Dua notlar dəftərində

[Keçid]
Altımda uçurum, ya qaçım, ya vida
Boğazım quruyub, ol mənə bir qida
Ulu Tanrı...

[Nəqərat]
Son yağışlar yağır, qoymaz, duam çatsın göyə
Qoy buludlar dağılmasın, dövran dönsün suya
Bu ümidlər torpağında məhrum olsun yalan
Həyat keçər, illər keçər, ya da uçuş sonsuz, yetər

Son yağışlar yağır, qoymaz, duam çatsın göyə
Qoy buludlar dağılmasın, dövran dönsün suya
Bu ümidlər torpağında məhrum olsun yalan
Həyat keçər, illər keçər, ya da uçuş sonsuz, yetər

[Çıxış]
Ulu Tanrım...

Curiosidades sobre la música Dua del Miri Yusif

¿Cuándo fue lanzada la canción “Dua” por Miri Yusif?
La canción Dua fue lanzada en 2017, en el álbum “Rast Aman”.
¿Quién compuso la canción “Dua” de Miri Yusif?
La canción “Dua” de Miri Yusif fue compuesta por Nigar Məmmədova, Miri Yusif.

Músicas más populares de Miri Yusif

Otros artistas de