Bu Həyat Bizim

Fərid İsmayılov, Tony Memmedli, Aydın Əhmədzadə

[Bənd 1]
Yağış kosmetikanı yuyar üzündən
Sən ən gözəlsən, balam, yer üzündə
Doğulur Günəşin işığı gözündə
Şərbəti dadaram mən hər sözündə

Baxışların sanki Ay əvəzi
Fikirlərimin doğulan yeni nəfəsi
Oyat məni, oyat məndəki həvəsi
Sənin üçün açıram tək sevgi qəfəsi

[Nəqərat]
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

[Bənd 2]
Ürəyinə düşməz heç vaxt kölgələr (kölgələr)
Sənə görə quraram, balam, yeni ölkələr
Göydə yanıb-sönür parlaq ülkərlər
Qəlbimdə yatan zərif mələklər

Küləklər deyir qulağıma adını
Sənin adın yaşadır hey yadımı
Əqrəblər döyünür sənlə yenə
Susma, dur mənə təcili zəng elə

[Nəqərat]
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

(Bu həyat bizim)
(Bu həyat bizim)

Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar

Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)

Curiosidades sobre la música Bu Həyat Bizim del Miri Yusif

¿Cuándo fue lanzada la canción “Bu Həyat Bizim” por Miri Yusif?
La canción Bu Həyat Bizim fue lanzada en 2011, en el álbum “Nirvana”.
¿Quién compuso la canción “Bu Həyat Bizim” de Miri Yusif?
La canción “Bu Həyat Bizim” de Miri Yusif fue compuesta por Fərid İsmayılov, Tony Memmedli, Aydın Əhmədzadə.

Músicas más populares de Miri Yusif

Otros artistas de