Sevməyir, Qoy Sevməsin

Süleyman Rüstəm, Tofiq Bakıxanov

[Bənd 1]
Küsdü yar məndən, nəhayət; sevməyir – qoy, sevməsin!
Eyləməz könlüm şikayət; sevməyir – qoy, sevməsin!..

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..

[Bənd 2]
Çatdırın, dostlar, vəfasız dilbərə son arzumu
Çəkməsin eldən xəcalət; sevməyir – qoy, sevməsin!..

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..

[Bənd 3]
Vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
Vəslə yaddır ilk məhəbbət; sevməyir – qoy, yar sevməsin!
Şerə verdim könlümü; sənətimdən razıyam!
Bilmərəm bir özgə şöhrət; sevməyir – qoy, yar sevməsin!
Sevməyir – qoy, yar sevməsin…

[Nəqərat]
Sanmasın, canan onünçün gözlərim, gözlərim qan-yaş tökər
Tapmaram onsuz səadət; sevməyir, sevməyir – qoy, yar sevməsin!..
Qoy, yar sevməsin…

Curiosidades sobre la música Sevməyir, Qoy Sevməsin del Islama Abdullayeva

¿Cuándo fue lanzada la canción “Sevməyir, Qoy Sevməsin” por Islama Abdullayeva?
La canción Sevməyir, Qoy Sevməsin fue lanzada en 2022, en el álbum “Tofig Bakikhanov”.
¿Quién compuso la canción “Sevməyir, Qoy Sevməsin” de Islama Abdullayeva?
La canción “Sevməyir, Qoy Sevməsin” de Islama Abdullayeva fue compuesta por Süleyman Rüstəm, Tofiq Bakıxanov.

Músicas más populares de Islama Abdullayeva

Otros artistas de