Gülərəm, Gülsən

Məmməd Səid Ordubadi, Fikrət Əmirov

Gözlərim o qara gözə bənd oldu
Saçların boynuma bir kəmənd oldu
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Ağlasan ağlaram, gülərəm gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən

Dərdimi söylədim divara-daşa
Hicran saatları çatmayır başa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Gəl gedək seyr edək biz qoşa-qoşa
Bülbül sevgimizə nəğmələr qoşa
Nəğmələr qoşa

Sevirəm, səninəm, qorxma heç kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
İnan sözlərimə, qorxma bir kəsdən
Gəl, səni qurtarım qara məhbəsdən
Ağlasan, ağlaram, gülərəm, gülsən
Ömrümün yazında təzə bir gülsən
Təzə bir gülsən...

Curiosidades sobre la música Gülərəm, Gülsən del Islama Abdullayeva

¿Cuándo fue lanzada la canción “Gülərəm, Gülsən” por Islama Abdullayeva?
La canción Gülərəm, Gülsən fue lanzada en 2020, en el álbum “Azerbaijani Music”.
¿Quién compuso la canción “Gülərəm, Gülsən” de Islama Abdullayeva?
La canción “Gülərəm, Gülsən” de Islama Abdullayeva fue compuesta por Məmməd Səid Ordubadi, Fikrət Əmirov.

Músicas más populares de Islama Abdullayeva

Otros artistas de