Sən Mənim, Mən Sənin

Tofiq Quliyev, Zeynal Cabbarzadə

Qara gözün aldı canım, aldı canım
Qəlbindədir arzu-kamım, arzu-kamım
Gözəllərə naz yaraşır, naz yaraşır
Vüsalına var gümanım, var gümanım

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Gəzdim Azərbaycanı
Tapdım sənin kimi ceyranı!
Gəl, mənə naz eyləmə
Olum gözlərinin qurbanı!

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!

Ətirli güllər üzərəm, mən üzərəm
Tellərini mən bəzərəm, mən bəzərəm
Sən elimin göyçəyisən, göyçəyisən
Hər dərdinə mən dözərəm, mən dözərəm

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Gəzdim Azərbaycanı
Tapdım sənin kimi ceyranı!
Gəl, mənə naz eyləmə
Olum gözlərinin qurbanı!

Gül, gözəl
Bil, gözəl
Sən mənim
Mən sənin!
Gül, gözəl
Bil, gözəl
Sən mənimsən
Mən sənin!

Curiosidades sobre la música Sən Mənim, Mən Sənin del Islama Abdullayeva

¿Cuándo fue lanzada la canción “Sən Mənim, Mən Sənin” por Islama Abdullayeva?
La canción Sən Mənim, Mən Sənin fue lanzada en 2020, en el álbum “Azerbaijani Music”.
¿Quién compuso la canción “Sən Mənim, Mən Sənin” de Islama Abdullayeva?
La canción “Sən Mənim, Mən Sənin” de Islama Abdullayeva fue compuesta por Tofiq Quliyev, Zeynal Cabbarzadə.

Músicas más populares de Islama Abdullayeva

Otros artistas de