Gülüşlər

Mikayıl Müşfiq, Tahir İbişov

Gülüş vardır səslərinə tunc əkslər yapdırır
Gülüş vardır könülləri rüzgarlara qapdırır
Bəzi tikər könüllərdə alovlardan bir məbəd
İllər boyu atəşinə insanlığı tapdırır

Bürünərək çoхu ipək füsunlu bir çarşafa
Saçır büllur təbəssümlər, əyləncələr ətrafa
O pərdəyi parçalasaq can atarız nəhayət
Və başlarız göz yaşları aləmini təvafa

Gülüş vardır dodaqaltı, gülüş vardır müstəhzi
Zəncirləyər uçanları halqalandıqca bəzi
Bəzi sıcaq görüşlərə doğru yollar göstərir
Fəqət onun gülüşləri bir qönçəyə yaslanan

Rəngsiz parlaq jalələrdən nümunədir, hər zaman
Gənc ömrümə yüksəlməkçün qanad vеrir, can vеrir

Curiosidades sobre la música Gülüşlər del Islama Abdullayeva

¿Cuándo fue lanzada la canción “Gülüşlər” por Islama Abdullayeva?
La canción Gülüşlər fue lanzada en 2022, en el álbum “1109”.
¿Quién compuso la canción “Gülüşlər” de Islama Abdullayeva?
La canción “Gülüşlər” de Islama Abdullayeva fue compuesta por Mikayıl Müşfiq, Tahir İbişov.

Músicas más populares de Islama Abdullayeva

Otros artistas de