Şuşanın Dağları
[Bənd 1]
Şuşanın dağları başı dumanlı
Qırmızı qoftalı, yaşıl tumanlı
Dərdindən ölməyə çoxdur gümanım
Dərdindən ölməyə çoxdur gümanım
[Nəqərat]
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
[Bənd 2]
Şuşada axşamlar yanar ulduzlar
Onlardan gözəldir gəlinlər, qızlar
Yol üstə dayanıb, yarını gözlər
Yol üstə dayanıb, yarını gözlər
[Nəqərat]
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, ay balam, barı gül
Ay qız, bu nə qaş göz, bu nə tel…
Ölərəm dərdindən, onu bil
Danışmasan da, balam, barı gül