Yoxsan Bu Şəhərdə

Tünzalə, Vahid Əziz

[Bənd 1]
Elə ki, külək uyudu
Səsli - küylü küçələrdə
Elə ki hava soyudu
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

Elə ki, yuxum qarışdı
Sevincə qorxum qarışdı
Qəlbim dərdlə ki, barışdı
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

[Bənd 2]
Göydə ulduz doğulmursa
Canım evə yığılmırsa
Telefonum dağılmırsa
Demək, yoxsan bu şəhərdə
Bu şəhərdə

[Nəqərat]
Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Evində işığın sönük
Yox, olmazsan üzüdönük
Ən uzağı, bircə günlük
Demək, yoxsan bu şəhərdə

Deyək: "Vaxtı çatıb, gedib"
Deyək: "Aydır, batıb, gedib"
Soruşsalar: "Atıb, gedib?”
Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”

Deyək: "Yoxdur bu şəhərdə"
Deyək: "Yoxdur bu şəhərdə"
“Bu şəhərdə”
“Bu şəhərdə”
“Bu şəhərdə’’

Curiosidades sobre la música Yoxsan Bu Şəhərdə del Tünzalə

¿Quién compuso la canción “Yoxsan Bu Şəhərdə” de Tünzalə?
La canción “Yoxsan Bu Şəhərdə” de Tünzalə fue compuesta por Tünzalə, Vahid Əziz.

Músicas más populares de Tünzalə

Otros artistas de