Qəzəl

Əliağa Vahid, Tünzalə

[Bənd 1]
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var
Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var
Bir gün yetərik vəslə, əgər qismətimiz var

[Bənd 2]
Heç kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var
Heç kimsə bu naz ilə səni bəsləyə bilməz
Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var

[Bənd 3]
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız, həm solmayacaq cənnətimiz var
Biz istəyirik cənnəti və baği-behişti
Çün bağımız, həm solmayacaq cənnətimiz var

[Bənd 4]
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?
Bülbül də bizim, gül də bizim, el də bizimdir
Kimdən, gözəlim, indi bizim minnətimiz var?

[Keçid]
Bülbül də bizim, gül də bizim, ey...
Bülbül də bizim, gül də bizim, ey...
El də bizim, gül də bizim, bülbül də, ey...
Bülbül də bizim, gül də bizim, ey-ey...

[Bənd 5]
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var
Qorxma, bizi bir qüvvə pərişan edə bilməz
Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var

[Bənd 6]
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümmətimiz var
Dağlar hərəkət etsə də hətta bizə qarşı
Dəf etməyə aciz deyilik, hümmətimiz var

[Bənd 7]
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var
Qüvvətli təbiət bizə baş əyir indi
Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var

[Bənd 8]
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var
Qüdrətli zəfər bayrağı parlar əlimizdə
Azadəliyə, sülhə böyük rəğbətimiz var

Azadəliyə, sülhə böyük rəğbətimiz var
Azadəliyə, sülhə böyük rəğbətimiz var

Curiosidades sobre la música Qəzəl del Tünzalə

¿En qué álbumes fue lanzada la canción “Qəzəl” por Tünzalə?
Tünzalə lanzó la canción en los álbumes “Özümü Bilirəm”, “Sevdi Can Səni” en 2002 y “Anam Azərbaycan” en 2011.
¿Quién compuso la canción “Qəzəl” de Tünzalə?
La canción “Qəzəl” de Tünzalə fue compuesta por Əliağa Vahid, Tünzalə.

Músicas más populares de Tünzalə

Otros artistas de