Olmasa Olmaz

Süleyman Rüstəm, Tünzalə

[Bənd 1]
Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa, olmaz
Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa, olmaz
Cananı ürəkdən, candan sevənin
Gözləri qan – yaşla dolmasa olmaz!

Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa, olmaz
Bağlarda əsəndə payız yelləri
Ağaclar saçını yolmasa, olmaz
Cananı ürəkdən, candan sevənin
Gözləri qan – yaşla dolmasa olmaz!

[Nəqərat]
Eşqin mənasını bilən hər aşiq
Qəmlərlə üz-üzə gələn hər aşiq
Mahnısı ürəklər dələn hər aşiq
Yar yolunda qurban olmasa olmaz!

Eşqin mənasını bilən hər aşiq
Qəmlərlə üz-üzə gələn hər aşiq
Mahnısı ürəklər dələn hər aşiq
Yar yolunda qurban olmasa olmaz!

[Bənd 2]
Ayrılıq çəkənin bahar çağında
Qara yellər əsər könül bağında
Ayrılıq çəkənin bahar çağında
Qara yellər əsər könül bağında
Ömür ağacının har budağında
Açılan çiçəklər solmasa olmaz!

[Nəqərat]
Eşqin mənasını bilən hər aşiq
Qəmlərlə üz-üzə gələn hər aşiq
Mahnısı ürəklər dələn hər aşiq
Yar yolunda qurban olmasa olmaz!

Eşqin mənasını bilən hər aşiq
Qəmlərlə üz-üzə gələn hər aşiq
Mahnısı ürəklər dələn hər aşiq
Yar yolunda qurban olmasa olmaz!

Eşqin mənasını…
Qəmlərlə üz-üzə…
Mahnısı ürəklər…
Yar yolunda qurban olmasa olmaz!

Curiosidades sobre la música Olmasa Olmaz del Tünzalə

¿Quién compuso la canción “Olmasa Olmaz” de Tünzalə?
La canción “Olmasa Olmaz” de Tünzalə fue compuesta por Süleyman Rüstəm, Tünzalə.

Músicas más populares de Tünzalə

Otros artistas de