Eşqində Yan

Tünzalə, Mirvarid Dilbazi

[Bənd 1]
Qurbanın olum, güllər açıb, fəsli bahardır
Bir laləyə bax, nərgizə bax, bir gör nə xumardır
Qurbanın olum, güllər açıb, fəsli bahardır
Bir laləyə bax, nərgizə, bax bir gör nə xumardır

Həsrətlilərin gəldi vüsal fəsli yetişdi
Mən bir dağam, əfsus ki, zirvəm yenə qardır

Zirvəm yenə qardır

[Nəqərat]
Mirvarid, yanırsan, şəbi-hicran kimi yan sən

Eşq əhlisən, eşqində soltan kimi yan sən
Yan Leyli kimi, Məhsəti, Heyran kimi yan sən
Heyran kimi yan sən

[Bənd 2]
Titrəşdi çəmən gülləri, yaz yelləri əsdi
Qurbanın olum, bəsdir bu hicran, daha bəsdir

Dar köynəyini yırtdı qızıl qönçə budaqda
Gül bülbülünü görmək üçün gör nə tələsdi
Dar köynəyini yırtdı qızıl qönçə budaqda
Gül bülbülünü görmək üçün gör nə tələsdi

[Nəqərat]
Mirvarid, yanırsan, şəbi-hicran kimi yan sən
Mirvarid, yanırsan, şəbi-hicran kimi yan sən
Eşq əhlisən, eşqində soltan kimi yan sən
Yan Leyli kimi, Məhsəti, Heyran kimi yan sən
Heyran kimi yan sən

Mirvarid, yanırsan, şəbi-hicran kimi yan sən
Mirvarid, yanırsan, şəbi-hicran kimi yan sən
Eşq əhlisən, eşqində soltan kimi yan sən
Yan Leyli kimi, Məhsəti, Heyran kimi yan sən
Heyran kimi yan sən

Curiosidades sobre la música Eşqində Yan del Tünzalə

¿Cuándo fue lanzada la canción “Eşqində Yan” por Tünzalə?
La canción Eşqində Yan fue lanzada en 2004, en el álbum “Bir Də Baxım”.
¿Quién compuso la canción “Eşqində Yan” de Tünzalə?
La canción “Eşqində Yan” de Tünzalə fue compuesta por Tünzalə, Mirvarid Dilbazi.

Músicas más populares de Tünzalə

Otros artistas de