Düzələn Deyil Həyat

Səməd Vurğun, Tünzalə

[Bənd 1]
Gecə yalnız, gecə sakit, gecə lal
Nə qədər uçsa da, uçduqca xəyal
Udur insanı bu zülmətli gecə
Bu vəfasız gecə

Gecə yalnız, gecə sakit, gecə lal
Nə qədər uçsa da, uçduqca xəyal
Udur insanı bu zülmətli gecə
Bu vəfasız gecə

[Nəqərat]
Ay uzaqlarda küsüb, gendə durur
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafımı şiddətli boran
Sevgilimdir başım üstündə duran

Ay uzaqlarda küsüb, gendə durur
Məni yelkən kimi fikrim uçurur
Döyür ətrafımı şiddətli boran
Sevgilimdir başım üstündə duran

[Bənd 2]
Yuxusuz gözləri hərdən süzülür
Baxıb əhvalıma candan üzülür
Yuxusuz gözləri hərdən süzülür
Baxıb əhvalıma candan üzülür

[Nəqərat]
Və deyir: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Və deyir: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Deyir ki: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Deyir ki: “Yazma, yazıqsan, daha yat
Düzələn şey deyil, onsuz da həyat
Nə mürəkkəb, nə kağız qalmadı, dur
Bu əsr şairi vaxtsız unudur”

Curiosidades sobre la música Düzələn Deyil Həyat del Tünzalə

¿Cuándo fue lanzada la canción “Düzələn Deyil Həyat” por Tünzalə?
La canción Düzələn Deyil Həyat fue lanzada en 2002, en el álbum “Sevdi Can Səni”.
¿Quién compuso la canción “Düzələn Deyil Həyat” de Tünzalə?
La canción “Düzələn Deyil Həyat” de Tünzalə fue compuesta por Səməd Vurğun, Tünzalə.

Músicas más populares de Tünzalə

Otros artistas de