Ağ Çiçəklərim

İmruzə Hüseynova, Tünzalə

[Bənd 1]
Tükəndi ağ çiçəklərim
Bir payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda
Qopub varaq-varaq oldu

Tükəndi ağ çiçəklərim
Bir payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda
Qopub varaq-varaq oldu

[Nəqərat]
Quş olub uçdu güllərim
Əldə qalan budaq oldu
Busələrimin qonağı
Bir üşüyən yarpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

[Bənd 2]
Gözlərim gölə çevrildi
Vüsal məndən uzaq oldu
Nə gəldi qüssədən gəldi
Məni üzən fəraq oldu

Gözlərim gölə çevrildi
Vüsal məndən uzaq oldu
Nə gəldi qüssədən gəldi
Məni üzən fəraq oldu

[Nəqərat]
Quş olub uçdu güllərim
Əldə qalan budaq oldu
Busələrimin qonağı
Bir üşüyən yarpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

Xəyal oldu sevdiklərim
Yanıb-sönən çıraq oldu
Mənim o ağ çiçəklərim
Dönüb qara torpaq oldu

Curiosidades sobre la música Ağ Çiçəklərim del Tünzalə

¿Cuándo fue lanzada la canción “Ağ Çiçəklərim” por Tünzalə?
La canción Ağ Çiçəklərim fue lanzada en 2022, en el álbum “Salamat Qal”.
¿Quién compuso la canción “Ağ Çiçəklərim” de Tünzalə?
La canción “Ağ Çiçəklərim” de Tünzalə fue compuesta por İmruzə Hüseynova, Tünzalə.

Músicas más populares de Tünzalə

Otros artistas de