Zombies
Nəfəs nəfəsə qaldım
Əbəs yerəmi qaçdım?
Hər yer yanğın
Varmı olanları duyan?
Baxırdım, ətraf , beyinlər duman
Önümdə durar, ölümdən doğar
Bağırdım səs sal, nədir səsi boğan?
Çağırdım
Zombilər ətrafda, zombilər ətrafda
Yox, məni, özünü, heçkimi aldatma
Hərşeyə göz yumma
Səndə də günah var
Yoxluq da varlıqdan
Varlıq da qanmaqdan, axmaqlar
Biz artıq varlığa
Uyğunsuzlarıq
Uyğunsuzlarıq
Sahiləm, bura sahilsiz dəniz
Cahillər, nece sahibsiz kəniz
Biraz qəliz, biraz səlist
Hissimiz, sevgimiz
Bir az özün olmağa çalışsan bugün
Hesab-kitab, çaşıbsan, kor düyün
Kəs at, gəl sat, bu sən deyil gördüyün
Ruhunu gəl satma
Yaşa qorxu yox vicdanla
Doymadın insaf daha
Hər yer zindanlar
Hardadır insanlar?
Yarıdadır imanlar
Tanrıya inanar
Şeytanı oyanar
Yalanlar mundarlayar
Sizin geni
Siz geninizə
Bizim evi
Biz evimizə
Uyğunsuzlarıq