Aləm Qalxsa
Məşədibaba, Sadiq Haji
Aləm qalxsa səni məndən almağa
Hamıdan alaram götürrəm səni
Getsən də dunyanın sonuna qədər,
Düşərəm arxanca ötürrəm səni
Sənsən gözəllərin şahı ey afət,
Tek sənə salmışam mehri məhəbbət
Sən elə bir gülsən, olsam təbiət,
Hər bağda bağçada bitirrəm səni
Aləm qalxsa səni məndən almağa
Hamıdan alaram götürrəm səni
Getsən də dunyanın sonuna qədər,
Düşərəm arxanca ötürrəm səni