Xalq Bayatıları

Xalq Mahnısı

[Bənd 1]
[Ehtiram Hüseynov]
Dağların başı qara
Dibinin daşı qara
Məni bir qız anladı
Gözü göy, qaşı qara

Əzizim, yana dağlar
Od düşüb yana dağlar
O gözələ deyin ki
Baxsın bu yana, dağlar

[Lalə Məmmədova]
Ay oğlan, çıraqlısan
Əsli Qarabağlısan
Bir gözəl yar ucundan
Sən də sinədağlısan

Ay deyiləm, ulduzam
Gəlin deyiləm, qızam
Kənardan nə baxırsan?
Gəl yaxına, yalqızam

[Ehtiram Hüseynov]
Başı od saçlı dağlar
Səndən kim aşdı, dağlar?
Yatdım yuxuya daldım
Maralım qaçdı, dağlar

Ay getdi, il də gəldi
Dövranım belə gəldi
Səndən cavab alınca
Dağ-daş da dilə gəldi

[Bənd 2]
[Lalə Məmmədova]
Əzizim, gülə düşə
Gün deyil, gülə düşə
Qorxuram ki, eşqimiz
Məcnun kökünə düşə

Güllər açır, deyərəm
Ətir saçır, deyərəm
Əgər sən igid olsan
Məni qaçır - deyərəm

Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin

[Ehtiram Hüseynov]
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr

[Lalə Məmmədova]
Aman, aman-aman
Ay aman, aman, ay yar...
Yar... Yar...

Aman, aman-aman
Ay aman, ah, yar, aman...
Ay aman, ay aman...

[Ehtiram Hüseynov]
Əzizinəm, sel gələr
Yağış yağar, sel gələr
Gözəl qız qapısına
Elçiliyə el gələr
Ay aman, ey...

[Lalə Məmmədova]
Bəxtimi güldürəydin
Əğyarı öldürəydin
Mən, yarım - Leyli, Məcnun
Aləmə bildirəydin

Əziziyəm, sel gələr
Yağış yağar, sel gələr

[Ehtiram Hüseynov]
Gözəl qız qapısına
Elçiliyə
El gələr

Curiosidades sobre la música Xalq Bayatıları del Lalə Məmmədova

¿Quién compuso la canción “Xalq Bayatıları” de Lalə Məmmədova?
La canción “Xalq Bayatıları” de Lalə Məmmədova fue compuesta por Xalq Mahnısı.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop