Özün Bil

Pərvanə Zeynalova

[Bənd 1]
Səni fikirli görəndə mən
Qanım qaralır, üzülürəm
Dərdini bölmək istəyirəm

Sənin sirdaşın, ümid yerin
Mən olmalıyam, sevgilim
Axı səni mən çox sevirəm

Səni fikirli görəndə mən
Qanım qaralır, üzülürəm
Dərdini bölmək istəyirəm

Sənin sirdaşın, ümid yerin
Mən olmalıyam, sevgilim
Axı səni mən çox sevirəm

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

[Bənd 2]
Elə bilirsən anlamıram
Yalandan gülüb danışıram
Amma içimdə nigaram

Qəmli olanda darıxıram
Sən güləndə mən yaşayıram
Gül ki, yaşayım mən də hər an

Elə bilirsən anlamıram
Yalandan gülüb danışıram
Amma içimdə nigaram

Qəmli olanda darıxıram
Sən güləndə mən yaşayıram
Gül ki, yaşayım mən də hər an

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

[Keçid]
Aylar-illər ötüb keçsə də, yenə
Hər zaman yanında
Mən səninləyəm

İstəsən, canımı verərəm, inan
Təki sən üzülmə, küsmə, əzizim

[Nəqərat]
Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

Özün bil, mən daha nə deyim ki, sənə?
Çağırsan, gələrəm sənin görüşünə
Açarsan qəlbini, dinlərəm bir daha
Darıxma – deyərəm, ümid var sabaha

Curiosidades sobre la música Özün Bil del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “Özün Bil” por Lalə Məmmədova?
La canción Özün Bil fue lanzada en 2008, en el álbum “Qızıl Lalədir Adım”.
¿Quién compuso la canción “Özün Bil” de Lalə Məmmədova?
La canción “Özün Bil” de Lalə Məmmədova fue compuesta por Pərvanə Zeynalova.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop