Lalə

Lalə Məmmədova, Əntiqə Əlizadə

[Bənd 1]
Xalıtək sərildin çəmənə, düzə
Təbiətin xallı qızısan, lalə
Əl gəlmir ki, səni çəməndən üzə
Baharın söhbəti, sözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 2]
Yanağın üstündə büllurtək jalə
Hər baxan düşünüb gedir xəyalə
Saldın könülləri gör necə halə?
Zərif çiçəklərin gözüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

[Bənd 3]
Gəlişin çöllərə sevinc gətirər
Şəfəqlər rəngini səndən götürər
Torpaq sinəsində alov bitirər
Sən neçə ümidin özüsən, lalə

[Nəqərat]
Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə

Çəmənlər gəl deyir açılanda sən
Çiçəklər içində bircə dənəsən
Payızda qayıdıb, bir də gələsən
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə
Sevən könüllərin yazısan, lalə

Curiosidades sobre la música Lalə del Lalə Məmmədova

¿En qué álbumes fue lanzada la canción “Lalə” por Lalə Məmmədova?
Lalə Məmmədova lanzó la canción en los álbumes “Qızıl Lalədir Adım” en 2008 y “Vol. 4” en 2022.
¿Quién compuso la canción “Lalə” de Lalə Məmmədova?
La canción “Lalə” de Lalə Məmmədova fue compuesta por Lalə Məmmədova, Əntiqə Əlizadə.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop