İzin Qaldı

Pərvanə Zeynalova, Ədalət Şükürov

[Bənd 1]
Çox düşünmədən
Gəl, gözləyirəm
Bax, hərarəti
Sönüb ömrümün

Sən gərəyimsən
Son diləyimsən
Gəl, açsın yenə
Çiçəyim, gülüm

[Keçid]
Tək ümidi idin
Sən ürəyimin
Bir istəyinlə
Sənindir qəlbim

Bir saf məhəbbət
Bir də sədaqət
Mən daha səndən
Nə istəyirdim?

[Nəqərat]
Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

[Bənd 2]
Kaş “gözlə” deyib
Çox gözlətməyib
Sən yaşadaydın
Məni yenidən

Xoş sözlərindən
Od tutsa qəlbim
Su çilənərdi
Kaş əllərindən

[Keçid]
Tək ümidi idin
Sən ürəyimin
Bir istəyinlə
Sənindir qəlbim

Bir saf məhəbbət
Bir də sədaqət
Mən daha səndən
Nə istəyirdim?

[Nəqərat]
Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə

Kiminsə sevgimizdə
Gözü qaldı, gözü qaldı
Sən getdin, taleyimdə
İzin qaldı, izin qaldı

Ürəyim, bil yolunu gözləyir hələ
O səninçün yaşayır, dönməsən belə
O səninçün yaşayır, dönməsən belə
O səninçün yaşayır, dönməsən belə

Curiosidades sobre la música İzin Qaldı del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “İzin Qaldı” por Lalə Məmmədova?
La canción İzin Qaldı fue lanzada en 2008, en el álbum “Qızıl Lalədir Adım”.
¿Quién compuso la canción “İzin Qaldı” de Lalə Məmmədova?
La canción “İzin Qaldı” de Lalə Məmmədova fue compuesta por Pərvanə Zeynalova, Ədalət Şükürov.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop