İtkin Gəlin

Əlibala Hacızadə, Cavanşir Quliyev

[Bənd 1]
Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir
Ölüm bu dünyanın o üzündədir
Bu üzü dünyanın güldür, çiçəkdir

Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Ölməzlik məhəbbət zirvəsindədir
Məhəbbət əbədi ömür deməkdir
Məhəbbət əbədi ömür deməkdir

[Nəqərat]
Sızlama, ürəyim
Sən dözümlü ol
Bu dünya həm acı
Həm də şirindir

Bir gözlə sən ağla
Bir gözünlə gül
Bu dünya əzabına
Dözənlərindir

[Bənd 2]
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir
Hicranın yolları bitməz, tükənməz
Vüsal yollarına qar ələnibdir

Ömrünü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Ömrünü eşqinə qurban deyən kəs
Xəyanət əliylə güllələnibdir
Xəyanət əliylə güllələnibdir

[Nəqərat]
Sızlama, ürəyim
Sən dözümlü ol
Bu dünya həm acı
Həm də şirindir

Bir gözlə sən ağla
Bir gözünlə gül
Bu dünya əzabına
Dözənlərindir

Bu dünya əzabına
Dözənlərindir
Dözənlərindir
Dözənlərindir

Curiosidades sobre la música İtkin Gəlin del Lalə Məmmədova

¿Quién compuso la canción “İtkin Gəlin” de Lalə Məmmədova?
La canción “İtkin Gəlin” de Lalə Məmmədova fue compuesta por Əlibala Hacızadə, Cavanşir Quliyev.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop