İnan

Vahid Əziz, Aybəniz Güllər

[Bənd 1]
Deyirsən ki, divanəsən
Dəli-dəli gül, inanım
Sevgimizə pərvanəsən
Zülmətimə gəl, inanım

Dedin, bağrın gülə dönüb
Mənsiz yanıb, külə dönüb
Göz yaşların selə dönüb
Qoy aparsın sel, inanım

[Keçid]
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq

Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım

[Nəqərat]
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan

[Bənd 2]
Ruhu oyatmağa nə var?
Çalıb oynatmağa nə var?
Aldadıb atmağa nə var?
Həsrətimdən öl, inanım

Sənsiz keçir yenə bu yaz
Aç qəlbini, bu tel, bu saz
Elin sözü yalan olmaz
Qoy danışsın el, inanım

[Keçid]
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq

Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım

[Nəqərat]
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan

[Keçid]
Gülüm, dedin, bu eşqimiz sirr olacaq
Qovuşmasaq, ayrı düşsək
Ölüm müqəssir olacaq
Bu dünyanın acığına
O dünyamız bir olacaq

Ağlayanda göz yaşımı sil, inanım
Ağlayanda göz yaşımı sil, inanım

[Nəqərat]
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan
İnan, gülüm, mənə inan
İnan, sevgimizə inan

Curiosidades sobre la música İnan del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “İnan” por Lalə Məmmədova?
La canción İnan fue lanzada en 2008, en el álbum “Ürək Dostum”.
¿Quién compuso la canción “İnan” de Lalə Məmmədova?
La canción “İnan” de Lalə Məmmədova fue compuesta por Vahid Əziz, Aybəniz Güllər.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop