Ey İnsanlar

JDR, Mehriban Əhmədzadə

[Bənd 1]
Ey insanlar, ey insanlar
Həyatı gəlin sevək
Dünya olsun başdan-başa
Al şəfəq, nəğmə, çiçək

Xoş sözümüz, saf andımız
Dolaşsın diyar-diyar
Sədaqətdən, məhəbbətdən
Dünyada gözəl nə var?!

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət

[Bənd 2]
Qoca dağlar, uca dağlar
Şirin sulu bulaqlar
Yaşıl meşə, çiçəkli düz
Könlümdə yuva bağlar
İnsanların övladıyam
İnsanların dostuyam
Qarlı qışda günəş ollam
Qızmar gündə saf suyam

[Nəqərat]
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqətdir andım, sədaqət
Ey insanlar, birlikdədir qüvvət
Əlimizlə bəzənsin
Günəş olsun təbiət
Sədaqətdir andım, sədaqət
Sədaqət, sədaqət...

Curiosidades sobre la música Ey İnsanlar del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “Ey İnsanlar” por Lalə Məmmədova?
La canción Ey İnsanlar fue lanzada en 2021, en el álbum “Vol. 3”.
¿Quién compuso la canción “Ey İnsanlar” de Lalə Məmmədova?
La canción “Ey İnsanlar” de Lalə Məmmədova fue compuesta por JDR, Mehriban Əhmədzadə.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop