Dön Get

Hüseyn Abdullayev

[Bənd 1]
Mənə bir daha baxmaz sənin qara gözlərin
Sənə bir də toxunmaz mənim soyuq əllərim
Deyilməmiş o sözlər bir də heç vaxt dil açmaz
O solğun xatirələr sənə məndən danışmaz
Sənə məndən danışmaz

[Nəqərat]
Get, gözümdən axan yaşlar
Sevgimin naxışları
Apar özünlə
Ömrümə sən yağan yağışları
Unutdur ürəyimə
Birgə ötən günləri

Dön get
Bundan sonra bu dünya
Sadəcə bir məkandır
Harada hər bir şey yalan
Sevgi ölüb, doğulan
Harada yaxşı və yaman
Bir yolun yolçuları

[Bənd 2]
Qayalarla dərdləşir dənizin dalğaları
Sanki vurur daşlara puç olmuş arzuları
Ötən gözəl anların nə ucuzmuş dəyəri!
Tənha qalsın qəlbimtək bizim görüş yerləri
Bizim görüş yerləri...

[Nəqərat]
Get, gözümdən axan yaşlar
Sevgimin naxışları
Apar özünlə
Ömrümə sən yağan yağışları
Unutdur ürəyimə
Birgə ötən günləri

Dön get
Bundan sonra bu dünya
Sadəcə bir məkandır
Harada hər bir şey yalan
Sevgi ölüb, doğulan
Harada yaxşı və yaman
Bir yolun yolçuları

Get, gözümdən axan yaşlar
Sevgimin naxışları
Apar özünlə
Ömrümə sən yağan yağışları
Unutdur ürəyimə
Birgə ötən günləri

Dön get
Bundan sonra bu dünya
Sadəcə bir məkandır
Harada hər bir şey yalan
Sevgi ölüb, doğulan
Harada yaxşı və yaman
Bir yolun yolçuları

Curiosidades sobre la música Dön Get del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “Dön Get” por Lalə Məmmədova?
La canción Dön Get fue lanzada en 2021, en el álbum “Vol. 3”.
¿Quién compuso la canción “Dön Get” de Lalə Məmmədova?
La canción “Dön Get” de Lalə Məmmədova fue compuesta por Hüseyn Abdullayev.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop