Deyərmi

Emin Sabitoğlu, Vaqif Səmədoğlu

[Bənd 1]
Quşlar bağça-bağa girməzdən qabaq
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə
Dumana elçilər heç göndərərmi?

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

[Bənd 2]
Qışı əridəndə hər yanda günəş
Gəlim, ya gəlməyim soruşmaz bahar
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar

[Nəqərat]
Göy çəmənə yağış yağanda səhər
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?
Deyərmi? Deyərmi?
Qara gözlərinə baxım deyərmi?

Curiosidades sobre la música Deyərmi del Lalə Məmmədova

¿Quién compuso la canción “Deyərmi” de Lalə Məmmədova?
La canción “Deyərmi” de Lalə Məmmədova fue compuesta por Emin Sabitoğlu, Vaqif Səmədoğlu.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop