Bu İmiş Qismətim

Gülağa Tənha, İlhamə Adilqızı

[Bənd 1]
Gör neçə zamandır görmürəm səni
Solur yaddaşımdan surətin, gülüm
O şirin sözlərin isitmir məni
Yaddan çıxmasa da, ülfətin, gülüm
O şirin sözlərin isitmir məni
Yaddan çıxmasa da, ülfətin, gülüm

[Nəqərat]
Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

[Bənd 2]
Sənə söyləməkçün könül dərdim
Aya, ulduzlara açdım qəlbimi
Yadımdan çıxmayır ayrılıq qəmi
Bu imiş mənim də qismətim, gülüm
Yadımdan çıxmayır ayrılıq qəmi
Bu imiş mənim də qismətim, gülüm

[Nəqərat]
Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

Qorxuram, yadımdan çıxa səsin də
Gedə xatirimdən gül nəfəsin də
Ömrümün bu acı həsrət fəslində
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm
Könlümü açmayır söhbətin, gülüm

Curiosidades sobre la música Bu İmiş Qismətim del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “Bu İmiş Qismətim” por Lalə Məmmədova?
La canción Bu İmiş Qismətim fue lanzada en 2012, en el álbum “Dəli Eşq”.
¿Quién compuso la canción “Bu İmiş Qismətim” de Lalə Məmmədova?
La canción “Bu İmiş Qismətim” de Lalə Məmmədova fue compuesta por Gülağa Tənha, İlhamə Adilqızı.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop