Bəs Eylər
[Bənd 1]
Mənə yönələn yüzlərcə gözdən
Sənin bir cüt gözün mənə bəs eylər
Mənə yönələn yüzlərcə gözdən
Sənin bir cüt gözün mənə bəs eylər
[Nəqərat]
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
[Bənd 2]
Adımı çəkən o yad səslərdən
Sənin doğma səsin mənə bəs eylər
Adımı çəkən o yad səslərdən
Sənin doğma səsin mənə bəs eylər
[Nəqərat]
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
[Bənd 3]
Məni tərif edən o qədər sözdən
Sənin bircə kəlmən mənə bəs eylər
Məni tərif edən o qədər sözdən
Sənin bircə kəlmən mənə bəs eylər
[Nəqərat]
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər
Həyatdan bir daha heç nə ummaram
İnan ki, özümü xoşbəxt sanaram
Səni görə bilsəm, eşidə bilsəm
Bil ki, ancaq bunlar mənə bəs eylər