Ay Sevgilim

Akif Hüseynov, Xanlar Cəfərov

[Bənd 1]
İl ötdü, ay keçdi, çox gözlədim
Sevən kəs gözləyər sevgisini
Bu gündən, əzizim, səninləyəm
Unutma, əbədi sevgimizi

Belədir bax bu həyat
Belədir bu kainat
Səadətini axtarır hər bir insan
Hər ömrün hər taleyin
Öz hökmü, qisməti var
Hər gülün, hər çiçəyin öz ətri var

[Nəqərat]
Arzularım ürəyimdə aşıb-daşır
Gözəl günlər bizim üçün yaxınlaşır
Qüssə, kədər zərrə-zərrə uzaqlaşır
Sevən hər bir ürək cavanlaşır

Arzularım ürəyimdə aşıb-daşır
Gözəl günlər bizim üçün yaxınlaşır
Qüssə, kədər zərrə-zərrə uzaqlaşır
Hər sevən bir ürək yenidən cavanlaşır

[Bənd 2]
Səni tək sevmişəm ömrümdə, inan
Bu ömrü sənin üçün yaşayacağam
Sənin məhəbbətinə inanıram
Bu eşqi, məhəbbəti qoruyaram
Sənin mən hər bir nazına dözərəm
Sən küsəndə mən özümdən küsərəm

Günlərim keçir hədər, dözəcəyəm
Həyatda təkcə səni sevəcəyəm

[Nəqərat]
Nə gecəm, gündüzüm var
Ay sevgilim, getmə, dayan
Xəyalımdan çıxmayacaqsan

Nə gecəm, gündüzüm var
Ay sevgilim...
Xəyalımdan çıxmayacaqsan

Curiosidades sobre la música Ay Sevgilim del Lalə Məmmədova

¿Cuándo fue lanzada la canción “Ay Sevgilim” por Lalə Məmmədova?
La canción Ay Sevgilim fue lanzada en 2012, en el álbum “Dəli Eşq”.
¿Quién compuso la canción “Ay Sevgilim” de Lalə Məmmədova?
La canción “Ay Sevgilim” de Lalə Məmmədova fue compuesta por Akif Hüseynov, Xanlar Cəfərov.

Músicas más populares de Lalə Məmmədova

Otros artistas de Pop