Sına, Yar

Rəsul Rza, Ələkbər Tağıyev

[Bənd 1]
Ay işığlı, göy ulduzlu olaydı
Könlüm evi çırağandır bu gecə
Ay işığlı, göy ulduzlu olaydı
Könlüm evi çırağandır bu gecə

Nə bir çiçək, nə bir yarpaq solaydı
Nə inciyib yardan küsən olaydı
Nə bir çiçək, nə bir yarpaq solaydı
Nə inciyib yardan küsən olaydı

[Nəqərat]
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Bizi bir gün ayrı görsəm, ağ olar
Könlüm sənin həsrətinlə dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

[Bənd 2]
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir
Yar yolunda duman nədir, çən nədir?
Əllərinin hərarəti məndədir

Dünya aləm bütün gözələ dönsə
Mənim könlüm, mənim gözüm səndədir
Dünya aləm bütün gözələ dönsə
Mənim könlüm, mənim gözüm səndədir

[Nəqərat]
Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Bizi bir gün ayrı görsəm, ağ olar
Könlüm sənin həsrətinlə dağılar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar
Gündə yüz yol sənə qurban olardım
Qorxuram ki, deyərlər, çox ağ olar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar, qına, yar

Hər möhnətə dözərəm, dözərəm
Sına məni, sına, yar, sına, yar
Əhdə çıxsam vəfasız, vəfasız
Onda məni qına yar
Onda məni qına yar
Onda məni qına yar
Qına, yar

Curiosidades sobre la música Sına, Yar del İradə İbrahimova

¿Cuándo fue lanzada la canción “Sına, Yar” por İradə İbrahimova?
La canción Sına, Yar fue lanzada en 2007, en el álbum “Yaşananlar ”.
¿Quién compuso la canción “Sına, Yar” de İradə İbrahimova?
La canción “Sına, Yar” de İradə İbrahimova fue compuesta por Rəsul Rza, Ələkbər Tağıyev.

Músicas más populares de İradə İbrahimova

Otros artistas de