Kimdir Günahkar

Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva

[Bənd 1]
Saçımda iz saldı gümüşü tellər
Alıb gəncliyimi apardı yellər
Arxamca boylandın, ağla – deyirlər
İllərmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Bənd 2]
Soyuq yatağımda yox hərarətin
Sənsiz buza dönmüş, üşümüş qəlbim
Sevinc qərib düşür, dönüb kədərim
Sevincmi günahkar, sənmi, sevgilim?

[Keçid]
İllərlə apardın, sənsiz apardın
Qoyduğun nişanlar çöhrəmdə qaldı
Məhəbbətin saldı məni bu günə
De, mənmi günahkar, sənmi, sevgilim?

[Nəqərat]
Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

Dedilər – dönəcək, dözümün olsun
Qoyma gözlərimdə çiçəklər solsun
Sevinc aşıb-daşsın, kədəri qovsun
Kədərmi günahkar, sənmi, sevgilim?
İllərmi günahkar, sənmi, sevgilim?

İllərmi günahkar, sənmi, sevgilim?
Kədərmi günahkar, sənmi, sevgilim?
De, mənmi günahkar, sənmi, sevgilim?

Curiosidades sobre la música Kimdir Günahkar del İradə İbrahimova

¿Cuándo fue lanzada la canción “Kimdir Günahkar” por İradə İbrahimova?
La canción Kimdir Günahkar fue lanzada en 2003, en el álbum “Get”.
¿Quién compuso la canción “Kimdir Günahkar” de İradə İbrahimova?
La canción “Kimdir Günahkar” de İradə İbrahimova fue compuesta por Nailə Mirməmmədli, Zakirə Allahverdiyeva.

Músicas más populares de İradə İbrahimova

Otros artistas de