Bilsən Də, Bilməsən Də

Baba Vəziroğlu, Kamaladdin Heydarov

[Bənd 1]
Eşqinə, əhdinə çıxsan da yalan
Yolları bağlasa yağış, qar, duman
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən
Əziz olacaqsan mənə hər zaman
Qədrimi bilsən də, bilməsən də sən

Könlüm hər itkidən sıxılan deyil
Çinar meh əsməklə yıxılan deyil
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən
Dünyada məhəbbət yox olan deyil
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

[Bənd 2]
Bu da bir sevgidir, bir məhəbbətdir
Durna qatarıydı, dağıldı, getdi
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən
Deyərəm, bu da bir nağıldır, bitdi
Qədrimi bilsən də, bilməsən də sən

[Nəqərat]
Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Səninlə ağlayıb, güləsiyəm mən
Bu eşqi səninlə böləsiyəm mən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən
Öləndə dərdindən öləsiyəm mən
Qədrimi bilsən də, bilməsən də sən

Curiosidades sobre la música Bilsən Də, Bilməsən Də del İradə İbrahimova

¿Cuándo fue lanzada la canción “Bilsən Də, Bilməsən Də” por İradə İbrahimova?
La canción Bilsən Də, Bilməsən Də fue lanzada en 2004, en el álbum “Bahar Çiçəyi”.
¿Quién compuso la canción “Bilsən Də, Bilməsən Də” de İradə İbrahimova?
La canción “Bilsən Də, Bilməsən Də” de İradə İbrahimova fue compuesta por Baba Vəziroğlu, Kamaladdin Heydarov.

Músicas más populares de İradə İbrahimova

Otros artistas de