Mən Sənin Yanına Qışda Gələrdim

Əliağa Kürçaylı, Elza İbrahimova

[Bənd 1]
Mən sənin yanına qışda gələrdim
Çiçək axtarırdım, gəzdim hər yanı
Çiçək axtarırdım, gəzdim hər yanı
Hər tərəf bəyaz qar, gül-çiçək hanı?
Tapıb, bir dibçəkdən axır ki, dərdim
Tapıb, bir dibçəkdən axır ki, dərdim

[Nəqərat]
Sonra söylədim ki, baharda sənə
Bir dəstə bağlaram yaz güllərindən
Budur, yola salıb, qarlı qışı mən
Sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə, sənin görüşünə gəlmişəm yenə
Gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə

[Bənd 2]
Dəstə bağlamağım nəyə gərəkdir?
Bax, odur, nərgizlər dolu diləklər
Bax, odur, nərgizlər dolu diləklər
Lalənin ətrini yayır küləklər
Yasəmən, qızılgül ləçək-ləçəkdir
Yasəmən, qızılgül ləçək-ləçəkdir

[Nəqərat]
Əzizim, onları qoparmaq olmaz
Güllərə çöldə bax, dağ döşündə bax
Onlardan mən soraq gətirdim ancaq
Bir əlimdə bahar, bir əlimdə yaz
Bir əlimdə yaz, birində bahar, birində bahar
Bir əlimdə yaz, birində bahar, birində bahar

Gəlmişəm yenə son görüşünə, gəlmişəm yenə
Gəlmişəm yenə görüşünə mən, gəlmişəm yenə
Bir əlimdə yaz, birində bahar, birində bahar
Bir əlimdə yaz, birində bahar, birində bahar

Curiosidades sobre la música Mən Sənin Yanına Qışda Gələrdim del Ədalət Şükürov

¿Cuándo fue lanzada la canción “Mən Sənin Yanına Qışda Gələrdim” por Ədalət Şükürov?
La canción Mən Sənin Yanına Qışda Gələrdim fue lanzada en 2008, en el álbum “Yada Sal Məni, Sevgilim”.
¿Quién compuso la canción “Mən Sənin Yanına Qışda Gələrdim” de Ədalət Şükürov?
La canción “Mən Sənin Yanına Qışda Gələrdim” de Ədalət Şükürov fue compuesta por Əliağa Kürçaylı, Elza İbrahimova.

Músicas más populares de Ədalət Şükürov

Otros artistas de