Dedin Apar

Baba Vəziroğlu, Ədalət Şükürov

[Bənd 1]
Dedin: ‘Apar lap uzaqlara
Qoyma sənsiz saralım, solum
Varsa orada ömür yoldaşın
Mən də sənin sevgilin olum”

Dedin: “Apar çox uzaqlara
Apar məni, sən ol bir də mən
Ömür boyu bir yerdə olaq
Bulaq səsi, bir də göy çəmən”

[Nəqərat]
Axı səni aparım hara?
Arzularım gözümdə qalar
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var
Orada mənim çox istədiyim
Çox sevdiyim bir sevgilim var

[Bənd 2]
Dedin: “Gedək, apar sən məni”
Ölənəcən səninlə varam
Varsa əgər ömür yoldaşın
Mən də sənin dostun olaram”

Dedin: “Göydən durna tut gətir”
Vallah, tutum gətirim sənə
Necə sevim səni, gözəlim?
Ürəyimdə bir başqası var

[Nəqərat]
Denən, necə aparım səni?
Arzularım gözümdə qalar
Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

Orada qəlbimə hakim olan
Sədaqətli bir dostum da var

[Bənd 3]
Ay bu ayrılıq ölümdən betər!
Məni belə sevən olmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb
Neyləyim ki, çox gecikmisən?
Sənə ürəkdə yer qalmayıb

Curiosidades sobre la música Dedin Apar del Ədalət Şükürov

¿Cuándo fue lanzada la canción “Dedin Apar” por Ədalət Şükürov?
La canción Dedin Apar fue lanzada en 2008, en el álbum “Yada Sal Məni, Sevgilim”.
¿Quién compuso la canción “Dedin Apar” de Ədalət Şükürov?
La canción “Dedin Apar” de Ədalət Şükürov fue compuesta por Baba Vəziroğlu, Ədalət Şükürov.

Músicas más populares de Ədalət Şükürov

Otros artistas de