Tez gəl
Xanım İsmayılqızı
Sənsiz günlər ötdü necə ürək yandı
Tez gəl
Səhər açdı-düşdü, gecə qəm odlandı
Tez gəl
Məndən xəbərsiz necə də
Ömrümə özün qonaq olmusan
Bəlkə özündən xəbərsiz
Qəlbimdə yuva salmısan
Gəl... Tez gəl...
Sənsiz günüm döndü ilə gözüm doldu
Tez gəl
Həsrət yaman gəldi dilə hicran oldu
Tez gəl
Gözüm yollarda qalıb bilmirəm nədən döyən yox qapını
Birdə gəlib görərsən ki, bu miskin alıb canımı
Gəl... Tez gəl...